Rumıniyanın xəbər portalı Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən onlayn Zirvə görüşü barədə məlumat yayıb

  • Space TV
  • 5 May 2020 10:20

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən onlayn Zirvə görüşü Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalında geniş işıqlandırılıb.

SPACE TV xəbər verir ki, məqalədə Qoşulmama Hərəkatına rəhbərlik edən Prezident İlham Əliyev nitqində koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq, həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək təklifi ilə çıxış etdiyi vurğulanıb. Qeyd olunub ki, videokonfrans vasitəsi ilə keçirilən toplantıda BMT-nin Baş katibi Antonio Quterreş, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin çıxış edib problemin həlli istiqamətində atılan addımlardan danışıb və Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndiriblər.

Paylaş

 Xəbəriniz olsun