Ruhani: “İran terrorçu Trampın seçkilərdə məğlub olmasından məmnundur”

  • Space TV
  • 16 Dekabr 2020 16:08

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampı terrorçu adlandırıb və respublikasının onun seçkilərdəki məğlubiyyətindən məmnun olduğunu deyib.

Spacetv.az xəbər verir ki, bu barədə o İranın dövlət televiziyasında danışıb.

“Bəziləri Cozef Baydenin hakimiyyətə gəlməsindən ruhlandığımızı söyləyirlər. Bu belə deyil, amma Trampın getməsindən çox məmnunuq. Tramp cinayətlər törədib, insanları öldürüb, terrorçu olub və hətta İrana peyvənd gətirilməsinə mane olub”, – deyə Runahi bildirib.

Onun sözlərinə görə, amerika xalqının Baydenə verdiyi səs, qanunların pozulmasına yox, onlara riayət olunmasına xidmət edir.

Paylaş

 Xəbəriniz olsun