Röya yeni mahnısını təqdim etdi

  • SpaceTV
  • 27 Yanvar 2020 19:20

Xalq artisti Röya Ayxan növbətini hitini təqdim edib. 

SPACE TV  xəbər verir ki, sənətçi bu dəfə “Təmənnasız” adlı mahnını dinləyicilərin ixtiyarına verib. 

Sözügedən bəstənin sözləri, musiqisi və aranjimanı Fidan Əliyevaya məxsusdur. “Təmənnasız” bu gün sənətçinin rəsmi “YouTube” hesabında yayıma buraxılıb. Röya yaxın günlərdə bəstəyə ekran həyatı verəcək. 

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın başı konsert hazırlıqlarına qarışıb. Belə ki, mart ayının 7, 8 və 9-da “Congress Centre Hall”da sənətçi canlı solo konsert proqramı ilə çıxış edəcək.

Paylaş

 Xəbəriniz olsun