“Rövşən Cavadov Ayaz Mütəllibovun otağına gəlib, deyib ki…” – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2019 10:43

“Rövşən Cavadov Ayaz Mütəllibovun otağına gəlib, deyib ki, getməsən hər şeyi vurub dağıdacağıq. Bu da qan tökülməsin deyə çıxıb gedib”. İmam Hüseyn məscidinin axundu Hacı Əbdül Space TV-nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun istefa səbəblərini belə izah edib. Hacı Əbdül Mütəllibovla tanışlığının tarixçəsindən də danışıb: “Mənim onunla yaxınlığım, söhbətim bilirsən nə vaxt olub? O, hakimiyyətdən gedəndən sonra Ali Məclis qərar çıxardı ki, cinayət işi qaldırmaq, onu həbs etmək lazımdır. Bu vaxt mən eşitdim ki, Ayaz Mütəllibov xəstələnib. Ona yazığım gəldi. Gəldim Keşlədə onun sürücüsü Əliağanın yanına. Dedim Ayaz müəllimə de, onunla görüşmək istəyirəm. Qəbul edər görüşüm? Səhərisi gün gəldim, dedi ki, deyib gəlsin”. Hacı Əbdül həmin vaxta qədər Ayaz Mütəllibovla şəxsi tanışlığının olmadığını bildirib.

Paylaş

 Xəbəriniz olsun