Rövşən Ağayev: ”Neft bazarı yenidən çöküş yaşaya bilər” – İQTİSADİ TƏHLİL

  • SpaceTV
  • 8 Aprel 2020 14:50

”Neft bazarının başı üzərində martın 6-da olduğu kimi yenə də qara buludlar sıxlaşıb. Belə görünür resurs ölkələri yenə də ən pis ssenariyə hazır olmalıdırlar.”

SPACE TV  xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O bildirib ki, Rusiya və Səudiyyə heç bir şərtlə razılığa gələ bilmirər.

”Rusiyanın iki tələbi var: ABŞ da prosesə dəstək verməlidir. Tramp isə deyir ki, siz öz aranızda razılaşın biz sonra mövqeyimizi bildirəcəyik. ABŞ-da isə bu iki ölkədən fərqli olaraq neft sektorunda özəl biznes söz sahibi olduğu üçün ölkənin siyasi lideri onlara diqtə edə bilmir, yüzlərlə oyunçunu bir araya gətirmək isə praktik olaraq mümkün olmur.”

Rövşən Ağayev deyir ki, Rusiyanın 2-ci şərti də odur ki, ixtisar 2020-ci ilin yanvar-marta ayı üzrə orta hasilat göstəricisinə nəzərən qəbul edilməlidir.

”Bu şərt isə Səudiyyəni qəne etmir .O, hazırkı hasilat göstəricisinə əsasən qərar verilməsini istəyir. Çünki yanvar-mart üzrə Səudiyyənin hasilat göstəricisi gündəlik 9.8 mln. barrel, hazırda isə 12 mln. barreldir. Səudiyyə istədiyi kimi olsa, faktiki olaraq 1-ci rübdə olduğu qədər hasilatını saxlayacaq və bunu itki sayılmır. Bu dəfə də razılaşma alınmasa, neft bazarı yenidən ciddi çöküş yaşayacaq.”

Belə bir vəziyyətdə Tramp da dinc dayanmır.

” Tramp hər iki ölkəni hədələyib, razılamayacaqları tədqirdə onlardan ABŞ-ın aldığı neftə yüksək idxal rüsumu tətbiq olunacağını deyir. Nəticədə isə alıcılar başqa ölkələrdən neft almağa məcbur qalacaqlar.”

Paylaş

 Xəbəriniz olsun