Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi

  • SpaceTV
  • 28 Yanvar 2020 12:06

Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib.

SPACE TV  xəbər verir ki, AFFA-nın yanvarın 28-də keçirilən konfransında Assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.

Seçkilərdə yeganə namizəd olan qurum rəhbəri 2024-cü ilə qədər ölkə futboluna rəhbərlik edəcək.

O, qarşıdakı dörd ildə yeni uğurlar əldə etməyə çalışacaqlarını söyləyib: “Çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq. Qarşıda bizi böyük turnirlər gözləyir.

Əsasən də, AVRO-2020-nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Düşünürəm ki, bunun ardı gələcək. Bu çağırışların öhdəsindən birlikdə gələcəyimizə inanıram”.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.

Paylaş

 Xəbəriniz olsun