Rövnəq Abdullayev italiyalı məşqçi ilə görüşdü – FOTO

  • Space TV
  • 19 Avqust 2020 17:57

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

Spacetv.az AFFA-nın saytına istinadən xəbər verir ki, R.Abdullayev italiyalı baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.

Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmiş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da bu görüşdə iştirak edib.

Paylaş

 Xəbəriniz olsun