Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

  • Space TV
  • 9 Fevral 2021 11:47

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

Spacetv.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, səfəri zamanı AFFA prezidenti FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, hazırda Dohada klublararası dünya çempionatı keçirilir. Finalda Almaniya “Bavariya”sı ilə Meksika “Tiqres”i üz-üzə gələcək. Oyun fevralın 11-də təşkil olunacaq.

Paylaş

 Xəbəriniz olsun