Rotşildlər Vyana hakimiyyətini məhkəməyə verdilər – Mülklərini istəyirlər

  • SpaceTV
  • 25 Yanvar 2020 13:49

Rotşildlər ailəsinin Avstriyada yaşayan varisləri Vyana hakimiyyətini məhkəməyə veriblər.

“Financial Times”ın məlumatına əsasən, buna səbəb isə Rotşild xeyriyyə fondunun 1938-ci ilə qədər ruhi xəstələr üçün müalicə ocaqlarını yerləşdirdiyi binaların satılmasıdır.

Bildirilir ki, binalar Avstriyanı zəbt etdikdən sonra nasistlər tərəfindən “ari qanunları” çərçivəsində milliləşdirilmişdi. 

İddianın müəllifləri hesab edirlər ki, Vyana hakimiyyəti sənədləri xüsusi olaraq elə  tərtib edib ki, şəhər evlərin yeganə sahibi ola bilsin, sonra isə binaları aşağı qiymətlərlə satıb. Albert fon Rotşild Cefrri Oqenin nəticəsinin təmsil etdiyi  Avstriya Rotşildləri hesab edirlər ki, indi Vyana hakimiyyəti onlara xeyriyyə fondunun 1938-ci ildəki bütün mülkiyyətini qaytarmalıdır.

“Financial Times” qeyd edir ki, İkinci Dünya müharibəsindən əvvəl Rotşildlərə məxsus xeyriyyə fondu 1956-cı ildə Avstriya hakimiyyəti tərəfindən bərpa edilib. Lakin keçmiş sahiblərə bu barədə məlumat verilməyib və Fondun mülkiyyəti həqiqətən də şəhərə keçib.

O vaxtdan bəri Vyana hakimiyyətinə qarşı heç kim iddia irəli sürülməyib. Suallar isə yalnız son illərdə Avstriyanın paytaxtında daşınmaz əmlakın dəyəri iki dəfə artdıqdan sonra yaranıb

Paylaş

 Xəbəriniz olsun