“Roskosmos” İlon Maskın raketlərini üstələyəcək layihə hazırlayır

  • SpaceTV
  • 7 Avqust 2020 17:09


“Roskosmos” şirkəti İlon Maskın “SpaceX” şirkətinin “Falcon 9” raketini buraxılış sayına görə üstələyəcək yeni, bir neçə dəfə istifadə edilə biləcək raket daşıyıcısı hazırlamaq niyyətindədir.

“RİA Novosti”nin məlumatına görə, bunu şirkətin baş direktoru Dmitri Roqozin deyib.

D.Roqozin bildirib ki, Rusiyada hazırlanan “Soyuz-SPQ” raketi 100 buraxılış üçün nəzərdə tutulub.

“Falcon 9” isə 10 buraxılışa hesablanıb.

Paylaş

 Xəbəriniz olsun