“Roqatka”ya minən uşaq yerə çırpıldı

  • Space TV
  • 6 Yanvar 2020 10:59

Qazaxıstanın Almatı şəhəri yaxınlığındakı Kok-Tobe dağında quraşdırılmış attraksionda bədbəxt hadisə baş verib.

Ren.tv xəbər verir ki, “Roqatka” adlı attraksiondan istifadə edərkən ipin qırılması nəticəsində azyaşlı yerə çırpılıb.

Dərhal xəstəxanaya çatdırılan oğlanın bədənində çox sayda sınıqlar qeydə alınıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndirib.

Paylaş

 Xəbəriniz olsun