Ronaldusuz “Yuventus” Messili “Barselona” ilə bacarmadı: “Mançester Yunayted”dən darmadağın

  • SpaceTV
  • 29 Oktyabr 2020 10:42

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib. 

Spacetv.az xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında Fransa PSJ-si ilə bacarmayıb – 0:2.

Günün mərkəzi qarşılaşması isə Turində baş tutub. Kriştianu Ronaldunun koronavirusa yoluxma səbəbindən iştirak etmədiyi qarşılaşmada “Yuventus” Barselona” ilə üz-üzə gəlib. Bu oyunda Katalon təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Matçda “Yuventus”un hücumçusu Alvaro Morata üç qol vursa da, hakim hər üç epizodda oyundankənar vəziyyət olduğunu bildirib və qollar qeydə alınmayıb. 

Digər qarşılaşmaların nəticələrini təqdim edirik:

“Krasnodar – “Çelsi – 0:4

“Brügge” – “Latsio” – 1:1

“Sevilya” – “Renn” – 1:0

“Dortmund” – “Zenit” 2:0

“Ferensvaroş” – “Dinamo Kiyev” – 2:2

“Mançester Yunayted” – “Leypsiq” – 5:0.

Paylaş

 Xəbəriniz olsun