Ronaldunun het-triki “Yuventus”a böyük hesablı qələbə gətirdi

  • SpaceTV
  • 7 Yanvar 2020 10:39

İtaliya çempionatının növbəti turunda “Yuventus” öz meydanında “Kalyari”ni qəbul edib.

SPACE TV xəbər verir ki, bu oyunda turinlilər mövsümdə ən böyük hesablı qələbələrini qazanıb – 4:0.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu oyunda het-trik və məhsuldar ötürmə edib.

Bu, Ronaldunun “A” Seriyasında ilk, karyerasında isə 56-cı het-trikdir.

“Yuventus” 45 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə qalxıb.

Paylaş

 Xəbəriniz olsun