Ronaldu “Yuventus”la Portuqaliya çempionuna qarşı – AFİŞA

  • Space TV
  • 17 Fevral 2021 10:34

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin bu gün daha iki oyunu keçiriləcək.

“Yuventus”un ulduzu Kriştianu Ronaldo vətəni Portuqaliyada oynayacaq. Belə ki, son İtaliya çempionu “Portu”nun qonağı olacaq. Portuqaliyada “Sportinq”in yetirməsi olan Ronaldu 2009-cu ilin aprelin 16-da “Mançester Yunayted” forması ilə “Portu”ya təxminən 36,5 metrdən möhtəşəm qol vurub. Sonradan bu qol FIFA tərəfindən həmin ilin ən yaxşı qolu kimi Puşkaş mükafatına layiq görülüb. Ronaldu isə bu qolu karyerasının ən yaxşı qolu adlandırıb.

Günün digər matçı da Pireney yarımadasında olacaq. “Sevilya” öz meydanında Almaniya Bundesliqasında uğursuz dövr keçirən Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

17 fevral 
00:00 “Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
00:00 “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk matçlarında PSJ (Fransa) səfərdə “Barselona”nı (İspaniya) 4:1 hesabı ilə məğlub edib. “Liverpul” (İngiltərə) isə Budapeştin “Puşkaş Arena”sında “Leypsiq”dən (Almaniya) üstün olub – 2:0.

Paylaş

 Xəbəriniz olsun