Ronaldu və sevgilisi karantin qaydalarını pozaraq ad günü keçirdi

  • Space TV
  • 29 Yanvar 2021 10:16

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karantin qaydalarını pozmaqda ittiham olunur.

Spacetv.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, portuqaliyalı hücumçu sevgilisi Corcina Rodrigeslə birgə COVID-19 məhdudiyyətlərinə məhəl qoymayaraq, dağ xizəyi kurortunda istirahətə yollanıb.

Cütlük C. Rodrigesin doğum gününü qeyd edib.

Paylaş

 Xəbəriniz olsun