Ronaldu “Real”ın prezidenti ilə görüşdü

  • SpaceTV
  • 20 Yanvar 2021 12:27

“Yuventus” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Real”ın prezidenti Florentino Pereslə görüşüb.

Bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Görüş Turində “Yuventus”un bazasında keçirilib. Tərəflərin hansı məsələni müzakirə etdiyi məlum deyil.

Xatırladaq ki, K.Ronaldu 2018-ci ilin yayında Madrid “Real”ından Turin klubuna keçib. Transfer məbləği 117 milyon avro təşkil edib.

Paylaş

 Xəbəriniz olsun