Ronaldonun komanda yoldaşı ilə öpüşdüyü görüntü sosial şəbəkəni bir-birinə vurdu

  • SpaceTV
  • 21 Yanvar 2020 11:45

“Yuventus” klubunun forvardı Kriştianu Ronaldu qarşılaşmanın 58-ci dəqiqədə “Parma”nın qapısına vurduğu qoldan sonra ona ötürmə verən komanda yoldaşı Paulo Dibalanı qucaqlamaq istəyərkən kurioz hadisə yaşanıb.

SPACE TV xəbər verir ki, qolun sevincini yaşayarkən onların üzləri toqquşub və təsadüfən öpüşüblər. Həmin an kameraların obyektivinə düşüb.

Qeyd edək ki, sözügedən görüntü bir anda bütün sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə səbəb olub.

Paylaş

 Xəbəriniz olsun