İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo növbəti rekorda imza atıb.
SPACE TV bildirir ki, 35 yaşlı ulduz futbolçu İtaliya A Seriyasında ən çox qol vuran portuqaliyalı oyunçu olub. O, son turda “Bolonya”nı 2:0 hesabı ilə məğlub etdikləri matçda da qol vurub və bu onun İtaliya çempionatlarında 43-cü qolu olub.
O, bu göstəriciyə görə “Milan” və “Fiorentina”nın keçmiş portuqaliyalı futbolçusu Ruy Koştanı üstələyib.