Roma Papasının koronavirus testinin nəticəsi açıqlandı

  • Space TV
  • 3 Mart 2020 11:55

Roma Papası Fransisin yeni növ koronavirusu “Covid-19” testindən keçirilib.

SPACE TV  xəbər verir ki, testin nəticəsi neqativ çıxıb. Vatikan sözcüsü Matteo Bruni isə Papanın virusa yoluxub-yoluxmaması ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, 10 il əvvəl xəstəlik səbəbindən ağciyərinin bir qismi kəsilən 83 yaşlı dini lider keçdiyimiz həftə bütün tədbirləri təxirə salmış, kameralar önünə çıxmaqdan imtina etmişdi.

Paylaş

 Xəbəriniz olsun