Roma Papasının istifadə etdiyi vertolyot qəzaya uğradı, ölənlər var

  • SpaceTV
  • 28 Oktyabr 2019 11:36

Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb.

“RİA Novosti” xəbər verir ki, qəza Alban bölgəsində baş verib.

“Bell 412” helikopteri cümə günü Palankero aviabazasından səmaya qalxdıqdan sonra radarlardan itib. Daha sonra vertolyotu Kolumbiyanın Hərbi Hava Qüvvələri aşkarlayıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 hərbçi ölüb: onlardan 2-i zabit, 4-ü isə gizirdir.

Vertolyot əla vəziyyətdə olub və rəsmi şəxslərin daşınmasında istifadə olunub. Belə ki, ölkə prezidenti və hətta 2017-ci ildə ölkəyə səfər edən Roma Papası Fransisk ondan yararlanıb.  

Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır. 

Paylaş

 Xəbəriniz olsun