Roma Papası “yüngülvari xəstələndiyi” üçün görüşləri təxirə salındı

  • SpaceTV
  • 28 Fevral 2020 14:20

Roma Papası Fransisk xəstələnib.

SPACE TV xəbər verir ki, bu səbəbdən onun bu günə nəzərdə tutulan dini mərasim və görüşləri təxirə salınıb.

Vatikan 83 yaşlı papanın “yüngülvari xəstələndiyini” və cümə axşamına planlaşdırılan digər işlərini həyata keçirəcəyini bildirib.

Lakin Fransis Vatikan yaxınlığında yaşadığı “Santa Marta” otelində qalmağı üstün tutub.

Rəsmi Vatikan Papanın xəstəliyinin nə olduğu ilə əlaqədar heç bir açıqlama verməsə də, onun Kül Çərşənbəsi mərasimində öskürdüyü və burnunu sildiyi görünüb. Bu, hazırda İtaliyada 400-ə yaxın koronavirusa yoluxma halının təsdiqləndiyi vaxta təsadüf edib. Onların əksəriyyəti İtaliyanın şimal bölgəsində baş verib. Romada kimi 3 yoluxma halı qeydə alınıb və onların hər birnin sağaldığı bildirilir.

Əslən Agrentinadan olan papanın səhhəti ümumilikdə yaxşı olasa da, o gənc yaşında tənəffüs xəstəliyi səbəbilə ağ ciyərinin bir hissəsini itirib. Papa həmçinin siyatik xəstəliyi səbəbilə yeriməkdə də çətinlik çəkir.

Paylaş

 Xəbəriniz olsun