Roma Papası smartfonların əleyhinə çıxdı

  • Space TV
  • 31 Dekabr 2019 12:27

Roma Papası Fransisk insanları smartfonlarını qırağa qoyub yaxınları ilə birbaşa ünsiyyət qurmağa çağırıb.

BBC xəbər verir ki, Roma Papsı Vatikanda Müqəddəs Pyotr meydanına toplaşan insanlara müraciət edib.

Fransisk xatırladıb ki, İsa Məsihin ailə üzvləri də bur yerdə işləyiblər və daim ünsiyyətdə olublar.

“Mən özümdən soruşuram: sizin ailələrdə ünsiyyət var, yoxsa siz kiçik uşaqlar kimi bir masa arxasında oturub telefonla yazışırsız?”, – deyə Roma Papası qeyd edib.

Katolik kilsənin başçısı yaxınları ilə birbaşa ünsiyyətdə olmağın vacibliyini vurğulayıb və bunu diqqətə layiq “tapşırıq” adlandırıb.

Paylaş

 Xəbəriniz olsun