Roma Papası karantin müddətini “həbs” adlandırdı

  • Space TV
  • 9 Mart 2021 10:19

Roma Papası pandemiya dövründə özünü həbsxanadakı kimi hiss etdiyini bildirib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, Papa Fransisk indi sanki yenidən yaşamağa başladığını qeyd edib.

Bu barədə dini lider İraqdan qayıdarkən təyyarədə jurnalistlərə danışıb. O, bəyan edib ki, neçə müddətdir inanclı insanlarla ünsiyyət çatışmazlığından əziyyət çəkir.

“Sanki həbsdə keçirdiyim bir neçə aydan sonra yenidən yaşamağa başlamışam”, deyə Papa İraq səfərini şərh edib.

O, yaxın zamanlarda Macarıstan, Slovakiya və Livana səfər edəcəyini də açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun