Roma Papası: “Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirəm”

  • Space TV
  • 8 Fevral 2021 16:41

Roma Papası Fransisk Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb.

“Moskva-Bakı” portalının məlumatına görə, Papa Fransisk bu barədə Vatikanda akkreditə olunan diplomatik korpus rəhbərləri qarşısında çıxışı zamanı deyib.

“Mən Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”, – deyə Roma Papası qeyd edib.

Onun sözlərinə görə, közərməyə davam edən münaqişələr bütün regionda sabitlik və təhlükəsizliyi pozur.

“Hazırkı dövrdə dinlərarası dialoq xalqların və mədəniyyətlərin qovuşması üçün vacib komponent sayılır”, – deyə Roma Papası vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun