“Roma” klubunun yeni sahibi bəlli oldu

  • SpaceTV
  • 6 Avqust 2020 14:26

Amerikalı milyarder Dan Fridkin “Roma” futbol klubunu 600 milyon avroya alıb.

Bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Lakin hüquqi incəliklərə görə, D.Fridkin yalnız iki ay sonra “Roma” klubunun prezidenti ola biləcək.

Qeyd edək ki, 1927-ci ildə yaradılan “Roma” üç dəfə İtaliya A Seriyasının çempionu adını qazanıb.

Paylaş

 Xəbəriniz olsun