Tələbə və həkim rezidentləri sevindirəcək xəbər. Ölkəmizdə ilk dəfə olaraq tibbdə istifadəsi nəzərdə tutulan ən son model robotlar gətirlib ki, onun vasitəsi ilə yüzlərlə xəstəliyin düzgün müalicəsini tələbələrə öyrətmək mümkün olacaq.
Universitetin rektoru Gəray Gəraybəyli robotların gətirilməsində əsas məqsədin tədris prosesinin keyfiyyətini artırmaq, ölkədə yüksək ixtisaslı peşəkar həkimlərin hazırlanması işini dərinləşdirməkdən ibarət olduğunu dedi . Yeni avadanlıqlar vasitsəi ilə gələcək həkimlər daha praktiki biliklərə yiyələnə biləcəklər deyə rektor qeyd etdi. Bu avadanlıqların bir üstünlüyü də odur ki, onlar reallığa yaxınlaşdırılmış son nəsil cihazlara aiddir. Bu robotdan ürək-damar sisteminin göstəricilərindən “ananın” arterial təzyiqini, nəbzini, ürək tonları, müxtəlif ürək patologiyalarını əks etdirən çoxsaylı EKQ-qrammalar, klinik ssenarilərin yaradılmasında istifadə olunur ki, bu isə hamiləlik zamanı və sonrası yarana biləcək fəsadı əvvəlcədən görmək imkanlarını artırır. Avadanlıq real xəstənin fiziologiyasını özündə tam əks etdirir. Simsiz fəaliyyət göstərən bu robot insanın real sümük-əzələ strukturuna uyğun hazırlanıb. Dərisi də insan dərisinə uyğunlaşdırılıan bu robotlar, ağrı zamanı qışqırıb inildiyə bilir, gözlərini qırpır və digər əməliyyatlar yerinə yetirir. Bir sözlə eynən insanı təkararlamaq imkanlarına mailk avadanlıqlar gələcək həkimlər üçün ən yaxşı dərs vəsaiti olmaqla yanaşı, belə demək mümükinsə həm də yaxşı müəllim olacaq.
BƏTÜRƏ NƏBİYEVA SPACE TV