Robert Köçəryan Moskvaya gedib

  • Space TV
  • 17 Dekabr 2020 12:08

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabrın 17-də Rusiyaya 3 günlük işgüzar səfərə gedib.

Spacetv.az “Aysor”a istinadən xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ofisinin Mətbuat xidməti yayıb.

Səfərlə bağlı əlavə məlumat açıqlanmayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident R.Köçəryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.

2020-ci il iyunun 18-də məhkəmə 4 mln ABŞ dolları girov qarşılığında R.Köçəryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

Paylaş

 Xəbəriniz olsun