Ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıldı

  • Space TV
  • 16 Dekabr 2020 10:10

Meksikalı arxeoloqlar Tenoçtitlanda ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıblar.

Phys.org xəbər verir ki, asteklərə aid kütləvi məzarlıqda 119 kəllə sümüyü aşkar edilib.

“Templo Major” məbəd kompleksinin yaxınlığında beş illik qazıntı zamanı alimlər 1486-1502-ci illərə aid 603 kəllə sümüyünü üzə çıxarıblar.

Şəhər küçəsinin üç metr altından tapılan qalıqlar qadın və uşaqlara məxsus olub.

Kəşf olunan yenilik ondan ibarətdir ki, burada bütün kəllələr eyni nöqtəyə baxır. Ancaq alimlər dairənin mərkəzində nəyin yerləşə biləcəyindən məlumatsızdırlar.

Tenoçtitlan (müasir Mexiko) miladi təqvimin 1325-ci ilində qurulub və 500 min nəfərə qədər əhalisi olan o dövrdə Yer üzündə ən böyük şəhər hesab olunur. 1521-ci ildə Ernan Cortezin rəhbərlik etdiyi İspan konkistadorları (XV və XIX əsrlərdə Şimali və Cənubi Amerikaya hərbi və kəşfiyyat məqsədli səfər edən şəxslər) tərəfindən məhv edilib.

Paylaş

 Xəbəriniz olsun