Rio de Janeyro meri həbs olundu

  • Space TV
  • 22 Dekabr 2020 15:51

Braziliyanın Rio de Janeyro şəhərinin meri Marselo Krivella bu gün korrupsiya işi üzrə həbs olunub.

Spacetv.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Məlumata görə, səhər tezdən polis həbs qərarı ilə merin evinə gəlib. Eyni istintaq araşdırması çərçivəsində azı daha iki nəfər nəzarətə alınıb. Söhbət sahibkar Rafael Alves və keçmiş müstəntiq Fernando Moraisdən gedir. Onların hamısı şəhər xəzinəsindəki vəsaiti mənimsəməyə və biznes nümayəndələrindən pul “qoparmağa” imkan verən cinayət sxemini təşkil etməkdə şübhəli bilinirlər.

M.Krivella 2017-ci ilin yanvarından şəhər meridir. O, noyabrda keçirilmiş bələdiyyə seçkilərində məğlub olub və beləcə yenidən mer seçilmək şansını itirib. Şəhər başçısının mandatı 1 yanvar 2021-ci il tarixində başa çatır.

Paylaş

 Xəbəriniz olsun