Rihannanın kitabı 110 min dollara satıldı

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:43

Dünyaca məşhur müğənni Rihanna kitab çıxarmaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, “The Rihanna Book” bu gündən etibarən satışa çıxarılıb.

504 səhifədən ibarət kitabın böyük bir hissəsi fotolardan ibarətdir. 1000 fotoda sənətçinin qastrol səfərləri, ailəsi, dostları, səhnəarxası görüntüləri yer alıb.

“İnanılmaz fotolardan ibarət kitabı sizinlə paylaşdığım üçün çox həyəcanlıyam. Kömək göstərən fotoqraflara, rəssamlara minnətdaram. Bu kitab üzərində beş ildən çoxdur çalışırıq və hamıyla bölüşdüyüm üçün çox xoşbəxtəm”,- deyə Rihanna bildirib.

Bundan əlavə, kitab klassik Rihanna versiyasının yanında “Rihanna: Fenty x Phaeton”, Rihanna tərəfindən özəl olaraq imzalanan “Rihanna: Luxury Supreme” və “Rihanna: Ultra Luxury Supreme” adlı üç fərqli nüsxədə çap ediləcək.

Sadəcə 10 ədəd nəşr edilən imzalı “Rihanna: Ultra Luxury Supreme” kitabı auksionda 110 min dollara Kardi B satın alıb.  

Sadə kitabların qiyməti isə 177 dollaradır. 

Paylaş

 Xəbəriniz olsun