Rihannanın bu görüntüləri səs-küyə səbəb oldu

  • Space TV
  • 3 Yanvar 2020 11:34

Dünya şöhrətli müğənni Rihanna “Instagram” hesabında paylaşdığı çimərlik fotoları ilə diqqətləri üzərinə çəkməyi bacarıb.  

SPACE TV  xəbər verir ki, 31 yaşlı müğənni çimərlik geyimində seksual fotosessiya etdirib.

“Instagram”da fəal olan müğənninin qırmızı bikinidə çəkdirdiyi fotoları izləyicilər tərəfindən bəyənilib. Açıq-saçıq fotolarına yüzlərlə şərh yazılıb. 

Qeyd edək ki, Rihanna keçən həftə iki ildir birlikdə olduğu sevgilisi, ərəb milyarder Həsən Cəmillə İstanbulda istirahət edib. Cütlüyün Türkiyənin ən bahalı hotelində qaldığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun