Riçard Almeyda: “Təcrübəmlə “Zirə”yə kömək edə biləcəyəm”

  • SpaceTV
  • 26 Oktyabr 2020 17:37

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam”.

Spacetv.az-ın məlumatına görə, bu fikirləri “Zirə”nin yeni transferi Riçard Almeyda klubun Mətbuat xidmətinə açıqlamasında deyib.

Premyer Liqa təmsilçisinə keçidindən danışan braziliyalı yarımmüdafiəçi ailəsi ilə məsləhətləşdikdən sonra bu qərarı verdiyini bildirib: “Baş məşqçimiz Rəşad Sadıqov “Zirə”yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə “Zirə”yə kömək edə biləcəyəm”.

Paylaş

 Xəbəriniz olsun