Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır

  • Space TV
  • 7 Sentyabr 2020 11:33

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır.

Spacetv.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək davam edəcək.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 7 sentyabr saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Paylaş

 Xəbəriniz olsun