Reza Deqati Xocalıdan danışdı: “Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı eşidilir” – FOTO

  • Space TV
  • 5 Noyabr 2020 16:45

“Xocalı şəhəri 1992-ci ilin fevral ayında erməni ordusunun törətdiyi kütləvi qırğın yeri oldu. Yalnız əhalinin bir hissəsi bu qırğından xilas ola bilib. Sağ qalanlar isə günbəgün Ağdam şəhərinin morquna gedib, ağ plastik torbalara bükülmüş onlarla cəsəd arasından keçərək, itkin düşən yaxınlarını axtarırdılar”.

Spacetv.az xəbər verir ki, bunu NARGIS jurnalına müsahibəsində dünya şöhrətli fotoqraf Reza Deqati deyib.

“Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı, ah-naləsi eşidilir…”, – o əlavə edib.

Dəhşətli erməni vandalizminin şahidi olan R.Deqati bildirib ki, onlar erməni əsgərlərinin vəhşiliklərinin nəticəsi olan bir cəsədə yavaş-yavaş, diqqətlə baxırdılar:

“… Şəkildəki bu qadın yenicə oğlunun və yoldaşının cəsədini tapmışdı. Axtarışda bu qadına kömək edən həkimin sözlərinə görə, onların gözləri diri-diri çıxarılmışdı”.

Paylaş

 Xəbəriniz olsun