Reyslər təxirə salınıb

  • SpaceTV
  • 16 Avqust 2019 12:50

Space.TV –nin “Kiodo” Agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiyada azı 1,7 min nəfər “Krosa” tayfununa görə, hava reyslərinin ləğv edilməsi səbəbindən, gecəni Osaka şəhərinin hava limanında keçirib.

Hava limanının administrativ rəhbərliyi sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb. Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.

Məlumata görə, cümə axşamı 250-ə yaxın reys təxirə salınıb. Yaponiyada tayfun nəticəsində nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.

Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.

Paylaş

 Xəbəriniz olsun