Reyd keçirilib

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:06

    Astara şəhəri ərazisində keçirilən reyd zamanı bir çox kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər saxlanılıb. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız avtobuslarla yanaşı əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan avtobuslar da aşkarlanıb. O cümlədən, sərnişindaşıma ilə məşğul olduğu halda gündəlik tibbi müayinədən keçməyən sürücülərə də rast gəlinib.Sadalanan faktlar və qanun pozuntuları ilə bağlı sürücülər haqqında qanuna  müvafiq tədbirlər görülüb.Reyd zamanı bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmalıdır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidir. Qeyd edək ki, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə bundan sonra da reydlər davam etdiriləcək

.Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun