Ötən gün gecə saatlarında Paytaxtın 9-cu mikrorayonda yerləşən şadlıq saraylarından birində kütləvi dava olub. Dava toya gələn bir neçə nəfərin bıçaq xəsarəti alaraq xəstaxanaya yerləşdirilməsi ilə nəticələnib.
Paytaxtdakı şadlıq saraylarından birində yeyib icib sərxoş olanlar məclisə dava salıblar. Dava qanlı sonluqla nəticələnib. Belə ki, Hadisə zamanı 28 yaşlı Seymur Hüseynov, 40 yaşlı Telman Hüseynov, 27 yaşlı Elton Ağababalı və 57 yaşlı Mahir İbrahimov bıçaqlanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və dərhal əməliyyat ediliblər. Hal- hazırda onlardan birinin vəziyyəti ağırdır. Hazırda bıçaqlananaların reanimasiya şöbəsində müalicələri davam etdirilir.