Zaqatala şəhəri
“Köhnə avtovağzal” adlanan ərazidə rayon sakini Ayna Əliyevaya məxsus, ümumi sahəsi 300 kv/m olan “Görüş” restoranında yanğın baş verib.Yanğının
söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından
Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.Yanğın nəticəsində restoranın dam örtüyü 64
kv/m-lik sahədə yanaraq yarasız hala düşüb. Restoranın otaqlarına ciddi ziyan dəyib.
Yanğın zamanı restoranın işçi heyətindən
və restoranda olan müştərilərdən xəsarət alan olmayıb.
Qeyd edək ki, bu restoranda il ərzində baş verən ikinci yağın hadisəsidi. Mart
ayının əvvəli baş verən yanğın zamanı restoranın dam örtüyü və bir-neçə otağın
tavanı ümumilikdə 100 kv/m sahədə yanmışdı.
Faktla bağlı araşdırma aparılır.
İLKİN PİRANOV SPACE TV