Respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayı açıqlanıb

  • SpaceTV
  • 20 Aprel 2020 10:49

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 19-u saat 00:00-dan aprelin 20-si saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən SPACE TV-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 19-u saat 00:00-dan aprelin 20-si saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Paylaş

 Xəbəriniz olsun