Reper prezident seçkilərinə qatılmaq üçün yeni müraciətlər edib

  • Space TV
  • 5 Sentyabr 2020 13:44

Məşhur amerikalı reper Kanye Uest ABŞ-da keçiriləcək prezident seçkilərində Kentukki və Mississippidən müstəqil namizəd olaraq iştirak etmək üçün müraciət edib.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatların qubernatorlarının ofisləri məlumat yayıb.

Uest daha əvvəl respublikaçılardan artıq ölkənin indiki başçısı Donald Trampın namizəd olacağı səbəbilə seçkilərə müstəqil namizəd olaraq qatılmaq niyyətində olduğunu elan etmişdi. O hətta digər məşhur reper Cey-Z-yə onun vitse-prezidenti olmasını təklif edib. İfaçının yaxınları Uestin bipolyar pozuntudan əziyyət çəkdiyini söyləyiblər.

“Hill” qəzetinin yazdığına görə, o, Arkanzas, Kolorado, Aydaho, Ayova, Oklahoma, Tennessi, Yuta və Vermont ştatlarında prezidentlik seçkilərinə qatılmaq icazəsi almağa müvəffəq olub. İllinoys, Missuri, Montana, Ohayo, Virciniya və Vayominqdə repçi seçki bülleteninə düşə bilməyib. Viskonsin və Qərbi Virciniyada məhkəmə prosesi davam edir. “Politico” nəşrinin ABŞ Federal Seçki Komissiyasının məlumatlarına istinadən verdiyi məlumata görə, repçi seçki kampaniyasına artıq 5,9 milyon ABŞ dolları xərcləyib və bunun yalnız 11 min ABŞ dolları başqa şəxslərin ianəsidir.

Paylaş

 Xəbəriniz olsun