Repçi klip çəkilişi zamanı ölümdən döndü

  • Space TV
  • 21 Dekabr 2020 09:56

Türkiyəli repçi Kərəm Gülsoy klip çəkilişi zamanı bədbəxt hadisə ilə üzləşib.

Spacetv.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, partlayış kadrı lentə alınarkən yanğın baş verib.

Repçinin sözlərinə görə, əgər əynində qalın paltarlar olmasaydı, daha böyük faciə ilə üzləşə bilərdi.

Başından yanıq xəsarətləri alan Kərəm Gülsoy hadisə zamanı yanında heç kimin olmadığını qeyd edib.

Paylaş

 Xəbəriniz olsun