Rektor YAP-dakı vəzifəsini itirdi, onun yerinə Bahar Muradova seçildi

  • Space TV
  • 5 Mart 2021 14:11

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının yeni sədri seçilib.

Spacetv.az xəbər verir ki, bu barədə məsələyə YAP-ın qurultayında baxılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP Qadınlar Şurasının sədri seçilib.

Qeyd edək , bundan əvvəl həmin şuranın sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

Paylaş

 Xəbəriniz olsun