Regional konfrans keçirilib

  • SpaceTV
  • 2 Noyabr 2019 15:48

Dövlət səviyyəsində aparılan yeni islahatlara həsr olunmuş regional konfransı çıxış sözü ilə Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov açıq elan edərək dövlətimizin keçdiyi inkişaf yolundan danışıb. Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi gündən bu günə kimi Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğulayıb. Bildirib ki, ölkəmizin dünya miqyasında tanınması və idarəetmədə müasir təcrübələrin tətbiq olunması üçün cənab prezident böyük işlər görüb. O, ölkəmizdə yeni islahatlar strategiyasının başladığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ağsaqqallarla gənclərin birgə konfransda toplanmasını isə yeniliklə təcrübənin birləşməsi kimi xarakterizə edib. Gənclərin islahatlar yolu ilə həyatı uğurla davam etdirməli və müdrik ağsaqqallarımızın, Ulu Öndərin açdığı yolun davamçılarının təcrübələrinə söykənməli olduqlarını deyib. Konfransda digər çıxış edən şəxslər Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf prosesində regional yüksəlişin mühüm yer tutduğunu qeyd ediblər.  Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 10 dövlətindən biri kimi elan olunmasının əbəs yerə olmadığını vurğulayıblar.

“Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi” adlı konfransda bölgələri təmsil edən ağsaqqallar və gənclər tərəfindən mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb. Sonda isə Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov səmərəli ictimai-sosial fəaliyyətinə görə və anadan olmasının 98-ci ildönümü münasibətilə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Kamal İsrafil oğlu Kələntərlini fəxri fərmanla təltif edib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun