“Real”ın maddi vəziyyəti pisləşir, borcu artır

  • Space TV
  • 28 Yanvar 2021 09:58

Koronavirus pandemiyasının fəsadları dünyanın ən varlı futbol klublarından da yan keçmir.

Bir neçə gün öncə “Barselona”nın getdikcə borc bataqlığına yuvarlanması barədə məlumat vermişdik. Sən demə, onun əzəli rəqibi Madrid “Real”ının da maddi vəziyyəti ürəkaçan deyil.

İspaniyanın “Sport” resursunun məlumatına görə, ötən maliyyə ili ərzində kral klubunun borcları xeyli artıb. 2019/2020-cu illər mövsümünün sonu üçün “Real”ın 901 milyon avro maliyyə öhdəliyi qeydə alınıb.

Düzdür, “Barsa” ilə müqayisədə bu xeyli yaxşı göstərici sayılsa da, bütövlükdə paytaxt klubunun maliyyə işlərinin heç də qaydasında getmədiyini deyə bilərik.  

Xatırladaq ki, kataloniyalıların ümumi borcu 2 milyard avroya yaxındır.

Paylaş

 Xəbəriniz olsun