“Real”ın gənc ulduzunda koronavirus aşkarlandı

  • SpaceTV
  • 23 Sentyabr 2020 11:33

Madrid “Real”ının futbolçusu Martin Edeqorun koronavirus testi müsbət nəticə verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Onda Cero” radiostansiyası məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi ev şəraitində təcrid olunub. “Real” isə ilkin nəticələri təsdiqləmək üçün təkrar testin nəticələrini gözləyir.

Xatırladaq ki, Edeqor ötən mövsüm icarə əsasında “Real Sosyedad”ın formasını geyinib və 36 qarşılaşmada yeddi qol vurub. Madrid “Real”ının heyətində futbolçu üç qarşılaşmaya çıxıb.

Paylaş

 Xəbəriniz olsun