“Real” Superkuboku qazandı

  • SpaceTV
  • 13 Yanvar 2020 10:32

Səudiyyə Ərəbistanında İspaniya Superkubokunun finalı keçirilib.

SPACE TV xəbər verir ki, həlledici qarşılaşmada Madridin iki təmsilçisi – “Atletiko” və “Real” üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələrdə “Real” qalib gəlib.

“Real” 11-ci dəfə bu titulu qazanıb.

“Real” (Madrid) – “Atletiko” (Madrid) – 0:0 (pen – 4:1)

Ciddə. “Kral Abdullah” stadionu. 

Paylaş

 Xəbəriniz olsun