“Real” Ramos və Vaskeslə danışıqları dayandırdı: Klub təklifləri yaxşılaşdıra bilmir

  • Space TV
  • 27 Yanvar 2021 15:36

Madrid “Real”ı müqavilə müddətinin uzadılması məsələsində müdafiəçi Serxio Ramos və yarımmüdafiəçi Lukas Vaskeslə razılığa gələ bilmir.

Spacetv.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Klub hər iki futbolçuya yeni müqavilə təklif etsə də, onlar sözügedən şərtlərlə razılaşmayıblar. Bundan sonra tərəflər arasında müqavilə ilə bağlı danışıqlar aparılmayıb.

Klub bu vəziyyətə optimist yanaşmır, belə ki, artıq yanvarın 1-dən etibarən futbolçular digər klublarla danışıqlar aparmaq hüququna malikdirlər.

“Kral klubu”nun hazırkı maliyyə vəziyyəti təklifləri yaxşılaşdırmağa imkan vermir. “Real” rəhbərliyi klubun büdcəsini balanslaşdırmaq və bununla da “Barselona”nın düşdüyü vəziyyətdən qaçmaq istəyirlər.

Paylaş

 Xəbəriniz olsun