“Real Madrid”in növbəti il üçün transfer hədəfləri açıqlandı

  • Space TV
  • 12 Sentyabr 2020 12:17

İspaniyanın “Real Madrid” klubunun 2021-ci il üçün əsas transfer hədəfləri bəlli olub. 

“Report” AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” növbəti yay 3 fransız futbolçunu heyətinə qatmaq niyyətindədir. 

Bunlar Almaniya “Leyptsiq”inin müdafiəçisi Dayot Upamekano, Fransa “Renn”indən yarımmüdafiəçisi Eduardo Kamavinq və PSJ-nin hücumçusu Kilian Mbappedir. 

Qeyd edək ki, “Real Madrid” 2020-ci ildə yüksək ödənişli oyunçuların transferindən imtina edib. 

Paylaş

 Xəbəriniz olsun