“Real Madrid”in daha bir futbolçusu zədələndi

  • Space TV
  • 27 Noyabr 2020 17:18

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Daniel Karvaxal zədələnib.

Spacetv.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı cinah müdafiəçisinin əzələsində problem aşkarlanıb.

İspaniyalı oyunçu son olaraq Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyada “İnter”ə 2:0 hesabı ilə qalib gəldikləri matçda 90 dəqiqə oynayıb. Onun nə vaxt sıraya qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Daniel Karvaxal 2013-cü ildən “Real Madrid”də çıxış edir. İspaniya klubunun bir neçə futbolçusu zədə səbəbində “İnter”lə matçı buraxıb.

Paylaş

 Xəbəriniz olsun