Reablitasiya mərkəzinin açılışı olub

  • SpaceTV
  • 16 Noyabr 2019 17:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra ictimaiyyət nümayəndələrinin iştirakılə açılış mərasimi olub. Tədbirdə bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissələrindəndir. Eyni zamanda, dövlət başçısının tapşırıqlarına əsasən, respublikadakı reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılır.  Sonra yenilənmiş  Reabilitasiya Mərkəzinə baxış keçirilib. Naftalandakı yenidən qurulan Mərkəzdə il ərzində 600-dək əlilliyi olan şəxsə xidmət göstəriləcək. Müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla da təchiz edilib. Burada əlilliyi olan şəxslərə effektiv  fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq ediləcək. Hazırda digər bir çox reabilitasiya mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Qeyd edək ki, hazırda ƏƏSM Nazirliyinin Bakıda və regionlarda 14 bərpa mərkəzi vardır və bərpa mərkəzləri şəbəkəsi ardıcıl olaraq genişləndirilir, bölgələrdə yeni-yeni  reabilitasiya müəssisələri yaradılır.  

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun